BolgeXeber.Com » İdman » Azarkeşlərə şad xəbər: AFFA razılıq aldı

Azarkeşlərə şad xəbər: AFFA razılıq aldı

10-07-2021, 19:31
Oxunub: 5 328 Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Bolgexeber.com "Report"a istinadən xəbər verir ki, AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb.

Milli assosiasiya COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.