Millimizin üzvü "patı"dan öldü - FOTO
22-07-2021, 14:30
Oxunub: 5 200
Azərbaycan millisinin üzvü olan ağırlıqqaldıran Allahyar Abışov vəfat edib.
Bolgexeber.com Sportfm.az-a istinadən xəbər verir ki, 26 yaşında qəflətən dünyasını dəyişən idmançının bacısı Rəna Abışova ölkə çempionunun müəmmalı vəfatı ilə bağlı detalları açıqlayıb:
"Qardaşım gözəl idmançı idi, milli komandanın şərəfini qoruyurdu, nə oldusa pandemiya dövründə oldu. Bu müddət ərzində idmandan uzaq düşdü. Namaz qılan Allahyar son 4-5 ayda pis uşaqlara qoşulmuşdu, heç özümüz də bilmirdik nələr baş verir. Ona uğurlarına görə mənzil də verilmişdi. Bir müddət öncə eşitdik ki, həmin uşaqlarla “patı”ya qurşanıb, amma artıq gec idi. Qardaşım bu maddəni yüksək dozada qəbul etdiyi üçün ölüb, elə deyirlər. Xahiş edirəm, hər kəs bunu paylaşsın, başqa gənclər ölməsin, bizi bu bəladan qurtarın".
Qeyd edək ki, 62 kiloqrama qədər ştanqçılar arasında Avropa çempionatının bürünc mükafatçısı olan yığmamızın üzvünün ölümünün səbəbinin aşkara çıxarılması üçün tibbi ekspertiza təyin edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər