BolgeXeber.Com » İdman » Tokio-2020: Azərbaycanın 10 idmançısı mübarizəyə başlayır

Tokio-2020: Azərbaycanın 10 idmançısı mübarizəyə başlayır

24-07-2021, 09:53
Oxunub: 3 792 Bu gün Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.
44 təmsilçidən 10-u yarışa qoşulacaq.
Boksçulardan Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) 1/16 final mərhələsinin döyüşlərinə çıxacaqlar.
Cüdoçulardan Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) medal qazanmağa çalışacaq.
100 metr məsafəyə batterflayda üzgüçü Məryəm Şeyxəlizadə Xangah, 400 metr qarışıqda isə Maksim Şemberev təsnifat mərhələsində qüvvəsini sınayacaq.
Velosipedin şosse növündə Elçin Əsədov yarışacaqsa, idman gimnastı İvan Tixonov təsnifat mərhələsində uğur qazanmağa çalışacaq.
10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında isə Ruslan Lunyov mübarizə aparacaq.
Tokio-2020 Yay Olimpiya Oyunları
24 iyul
Boks
57 kq
13:36. 1/16 final.Tayfur Əliyev – Nquyen Van Duonq (Vyetnam)
69 kq
14:54. 1/16 final. Lorenso Sotomayor – Əsgərxan Madiyev (Gürcüstan)
+91 kq
15:27. 1/16 final. Məhəmməd Abdullayev – Denis Latıpov (Bəhreyn)
Velosiped idmanı - şosse
06:00. Elçin Əsədov
İdman gimnastikası
14:30. Təsnifat. İvan Tixonov
Cüdo
60 kq
06:00. 1/16 final. Kəramət Hüseynov - Eşli Makkenzi (Böyük Britaniya)
48 kq
06:00. 1/16 final. Aişə Qurbanlı - Katarina Koşta (Portuqaliya)
Üzgüçülük
100 metr batterflay
14:25.Təsnifat. Məryəm Şeyxəlizadəxangah
400 metr qarışıq.
14:07. Təsnifat. Maksim Şemberev
10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma
08:00. Ruslan Lunyov
Qeyd edək ki, olimpiadaya avqustun 8-də yekun vurulacaq.