“Qarabağ” UEFA reytinqində 6 pillə irəlilədi
22-10-2021, 11:07
Oxunub: 6 256
Avrokubokların qrup mərhələsinin III turu başa çatıb.
Turun görüşlərindən sonra klubların UEFA reytinqi açıqlanıb.
Avropanın ən yaxşı 100 komandası arasında Azərbaycanın yalnız bir təmsilçisi yer alıb. Bu, Ağdamın "Qarabağ” klubudur.
Premyer Liqanın vitse-çempionu Konfrans Liqasının III turunda Qazaxıstan "Kayrat”ını 2:1 hesabı ilə məğlub edib. Bu qələbə Qurban Qurbanovun yetirmələrinin hesabına 0,500 xal gətirib.
Aktivini 21,000-a çatdıran "Qarabağ” 6 pillə irəliləyib. Bu görüşədək Avropada 69-72-ci yerləri bölüşən təmsilçimiz artıq 63-66-cı pillələrə şərikdir.
Ağdamlılar "Feyenoord” (Niderland), "Real Sosyedad” (İspaniya) və "Borussiya” (Mönhenqladbax, Almaniya) ilə eyni xala malikdir.
Qeyd edək ki, siyahıya "Bavariya” başçılıq edir – 122,000.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər