BolgeXeber.Com » İdman » Canni De Byazi: "Bu, mənim sonuncu mətbuat konfransım ola bilər"

Canni De Byazi: "Bu, mənim sonuncu mətbuat konfransım ola bilər"

13-11-2021, 18:37
Oxunub: 4 056 "Bizim işimizi tək nəticələrlər dəyərləndirmək düzgün olmaz. Əsas məqsədimiz futbol hərakatının inkişafı ilə bağlı idi. Bunun üçün şərait yaratdıq və gənc oyunçuları yığmaya dəvət etdik. Mənim və bizim ideyalarımız var. Nə istədiklərimizi bilirik. Komandada inkişaf görürəm. Rəqiblər bizdən güclü olsa da, başa-baş oynamışıq. İnkişaf dövründə bizə təcrübə lazımdır".

Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətər yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis gənc oyunçularının olduğunu söyləyib: "Lüksemburqla hər iki oyunda qırmızı vərəqə aldıq. Bütün matçlarda son dəqiqəyə kimi mübarizə aparmışıq. Bütün görüşlərdə vuruşmaq istəyirik. Hər rəqibə çətinlik yarada bilərik. Bu dövrdə 15-ə yaxın oyunçu millidə debüt edib. Bu, çətin və riskli dövrdür. Nəzərə almaq lazımdır ki, futbolçuların çoxu gəncdir. Qarşıda nəticələr olacaq. Çoxlu çətinliklərlə qarşılaşdıq. Pandemiya və müharibəyə görə ev oyunlarımızı Bakıda keçirə bilmədik. Bəzi məqamlarda vacib oyunçuların çoxunu zədə səbəbindən itirdik".

İtaliyalı baş məşqçi Qətərə qarşı ilk dəqiqələrdən ən yaxşı heyətlə meydana çıxacaqlarını söyləyib: "Bu, mənim sonuncu mətbuat konfransım ola bilər. Hələlik heç nə bəlli deyil. Ona görə bu fikirlərlə mətbuat konfransına başladım. Ümumilikdə 15 ay ərzində olanlar barədə danışdım. Sabah 20-ci matçımıza çıxacağıq. Bu, elə də böyük rəqəm deyil. Bu gün onu deyə bilərəm ki, futbolçuları artıq çox yaxşı tanıyıram.

Qeyd edək ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq.