Azərbaycan kubokunda bu gün daha bir yarımfinalçı müəyyənləşəcək
12-02-2022, 14:00
Oxunub: 5 600
Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində daha bir matç baş tutacaq.
"Neftçi" səfərdə "Sabah"ın qonağı olacaq. Saat 16.00-da Masazırdakı "bank Respublika Arena"da keçiriləcək qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.
Komandalar arasında "Bakcell Arena"da baş tutan ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Səfər qolu qaydası ləğv olunduğundan, iki oyunun nəticəsinə əsasən bu görüşdə də eynihesablı nəticə olarsa, yarımfinala yüksələn komanda əlavə vaxt və ya penaltilər seriyasında müəyyənləşəcək.
Azərbaycan Kuboku, 1/4 final
Cavab oyunu
12 fevral (şənbə)
16:00. "Sabah” – "Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bank Respublika Arena”
1/4 finalın son 2 matçı sabah baş tutacaq. "Qəbələ" evdə "Sumqayıt"ı, "Səbail" isə "Zirə"ni qəbul edəcək. "Sabah" - "Neftçi" cütünün qalibi yarımfinalda "Səbail" - "Zirə" matçının güclüsü ilə üz-üzə gələcək.
Ölkə kubokunda ilk yarımfinalçı artıq müəyyənləşib. Dünən səfərdə "Keşlə"ni 6:0 hesabı ilə darmadağın edən "Qarabağ" yarımfinala vəsiqə qazanıb. Ağdam təmsilçisi növbəti mərhələdə "Qəbələ" - "Sumqayıt" cütünün ən yaxşısı ilə qarşılaşacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər