BolgeXeber.Com » İdman » “Barselona” “Qalatasaray”la bacarmadı

“Barselona” “Qalatasaray”la bacarmadı

11-03-2022, 10:30
Oxunub: 4 304 Avropa Liqasında 1/8 final mərhələsinin oyunları keçirilib.

İkinci oyun günündə 5 qarşılaşma baş tutub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" "Barselona"nın qonağı olub. Görüş 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.

Xatırladaq ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.

Avropa Liqası

1/8 final mərhələsi, ilk oyunlar

10 mart

"Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə) 1:0
Qol: Munir, 60.

"Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya) 3:0
Qollar: Tavernye, 11, Morelos, 15, Baloqun, 51.

"Braqa" (Portuqaliya) - "Monako" (Fransa) 2:0
Qollar: Ruis, 3, Karvalyu Oliveyra, 89.

"Atalanta" (İtaliya) - "Bayer Leverkuzen" (Almaniya) 3:2
Qollar: Malinovskiy, 23, Muryel, 25, 49 - Aranqis, 11, Diabi, 63. 

"Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə) 0:0