BolgeXeber.Com » İdman » Mbappe PSJ ilə bağlı qəti qərarını verdi

Mbappe PSJ ilə bağlı qəti qərarını verdi

10-08-2023, 17:18
Oxunub: 3 888
Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe klubdakı gələcəyi ilə bağlı qəti qərar verib.

Bolgə.TV xəbər verir ki, bu barədə “Parisien” nəşri məlumat yayıb.

Məlumata görə, hücumçu komandada qalmağı və bu yay heç yerə getməməyə qərar verib. Hətta onun klubun prezidenti Nasir Əl-Xəlaifi ilə görüşdüyü bildirilib.

Qeyd edək ki, İspaniyanın “Real Madrid” klubu Mbappeni öz heyətinə qatmaq üçün çalışırdı.