BolgeXeber.Com » İdman » Premyer Liqa: “Sabah” bu gün “Sumqayıt”ın qonağı olacaq

Premyer Liqa: “Sabah” bu gün “Sumqayıt”ın qonağı olacaq

25-10-2023, 10:12
Oxunub: 2 104

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turdan təxirə salınmış oyun keçiriləcək.

Bolgə.TV məlumatına görə, “Sumqayıt” “Sabah”ı qəbul edəcək.

“Kapital Bank Arena”da baş tutacaq qarşılaşma saat 18:30-da start götürəcək. Paytaxt klubu 10 xalla 8-ci, “gənclik şəhəri” təmsilçisi 11 xalla 7-ci pillədə qərarlaşıb.