BolgeXeber.Com » İdman » 2024-cü ildə Azərbaycan Qran-prisində sprint yarışı olmayacaq

2024-cü ildə Azərbaycan Qran-prisində sprint yarışı olmayacaq

6-12-2023, 14:59
Oxunub: 1 992

Bolgə.TV xəbər verir ki, 2024-cü ildə keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisində sprint yarışı olmayacaq.

Bu, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) turnirlə bağlı açıqladığı təqvimdə əksini tapıb. Sprint yarışları gələn il Çin, Mayami, Avstriya, ABŞ, Braziliya və Qətər Qran-prilərində baş tutacaq.

Qeyd edək ki, Bakıdakı yarış 13-15 sentyabrda təşkil ediləcək.