“Qarabağ” “Bayer” səddini keçəcəkmi?
14-03-2024, 14:55
Oxunub: 3 504
İlk matçda gözəl futbol oynayan “Qarabağ”ı qələbədən 3 dəqiqə ayırdı. Bu nəticə bütün Avropaya səs saldı.
Bu sözləri Bolgə.TV-yə açıqlamasında idman eksperti Ceyhun Rzayev Almaniyada bu gün keçiriləcək “Bayer”-“Qarabağ” matçı haqda danışarkən deyib.
Ekspert bildirib ki, “Qarabağ”ın bura qədər irəliləməsi artıq kiçik möcüzədir:
“Bayer”lə “Qarabağ” arasında hər mənada ciddi fərq var - istər büdcə, istər futbolçu, istərsə də çıxış etdikləri daxili çempionatın səviyyəsi baxımından. “Qarabağ”ın yeganə üstünlüyü təcrübəli baş məşqçiyə sahib olması, Qurban Qurbanovun illərdir formalaşdırdığı oyun üslubudur. Bu gün çox çətin olacaq. “Bayer” favoritdir. Amma "Qarabağ" da növbəti dəfə Avropanı təəccübləndirmək üçün hər şey edəcək. Bu oyun üçün hesab təxminim yoxdur”.
İdman eksperti Amal Abuşov isə qeyd edib ki, 2016-cı ildə “Qarabağ”ın PAOK ilə matçında “Qarabağ” artıq Avrokubokların təsadüfi qonağı olmadığını sübut edib:
“Həmin oyunda “Qarabağ” Yunanistanın güclü komandasını 1:0 hesabı ilə məğul etdi. Sözsüz ki, bugünkü oyunu o görüşlə müqayisə etmək olmaz. Ona görə ki, turnir əhəmiyyəti bir başqadır. İndi rəqib Avropanın ən formada olan komandalarından biridir. “Bayer” də bu oyuna ciddi hazırlaşıb və bu mərhələni keçmək istəyir. Baş məşqçinin dünənki açıqlamaları da bundan xəbər verir. “Qarabağ” isə Bakıda sərgilədiyi oyunla öz möhürünü vurmağı bacarıb və sübut edib ki, “Braqa”nı keçmək heç də təsadüfi olmayıb. Düzdür, futbolda bütün nəticələri gözləmək olar. Amma bu oyun bizim üçün Bakıdakı oyundan daha çətin olacaq və “Qarabağ” bu oyuna Bakıdakı oyundan daha yaxşı hazırlaşıb. Ona görə də matçda hər ehtimalı gözləmək olar. Nəticə nə olur olsun, “Qarabağ” nəinki azərbaycanlı azərkeşləri, eyni zamanda Avropada yaşayan futbolsevərlərin də qəlbini fəth edib”.
Qeyd edək ki, “Bayer”-“Qarabağ” oyunu bu gecə, Bakı vaxtı ilə 15 mart saat 00:00-da başlayacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər