BolgeXeber.Com » İdman » Azərbaycan yığması bu gün Bolqarıstanla qarşılaşır

Azərbaycan yığması bu gün Bolqarıstanla qarşılaşır

25-03-2024, 10:33
Oxunub: 1 608
Azərbaycan yığması Bakıda təşkil olunan “FİFA series - Edition 2024” layihəsində bu gün növbəti oyununu keçirəcək.

Bolgə.TV xəbər verir ki, yığma Bolqarıstan kollektivi ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlanacaq.
Görüşü estoniyalı hakim Kristo Tohver idarə edəcək. Saat 17:00-da start götürəcək digər oyunda Tanzaniya və Monqolustan seçmələri qarşılaşacaqlar.
Qeyd edək ki, komandamız ilk matçında Monqolustana, bolqarlar isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.