BolgeXeber.Com » İdman » “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

29-03-2024, 15:24
Oxunub: 2 104
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı bilinib. 

Bolgə.TV xəbər verir ki, Peşəkar Futbol Liqası qarşılaşmaların yerini və saatını açıqlayıb.
Hər iki matç eyni gündə - aprelin 24-də olacaq.
Həmin gün əvvəlcə saat 17:00-da “Qəbələ” ilə “Zirə” birincilərin meydanında üz-üzə gələcək.
Əzəli rəqiblər “Qarabağ”la “Neftçi”nin dueli isə saat 20:00-da başlayacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.