PSJ Mbappenin borcunu ödəmir
22-06-2024, 10:59
Oxunub: 3 032
PSJ-nin keçmiş hücumçusu Kilian Mbappeyə təxminən 100 milyon avro borcu var.
Bolgə.TV xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.
Bildirilir ki, Paris klubu 25 yaşlı fransalıya 2024-cü ilin aprelindən nə maaş, nə də bonus ödəyib. Qeyd olunur ki, Mbappenin vəkilləri artıq PSJ-yə rəsmi sənəd göndərərək futbolçuya lazım olan pulun ödənilməsini tələb ediblər.
Qeyd edək ki, Mbappe bu yay PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi “Real”a keçib.