Qrizmann Fransa rekordunu təkrarladı
22-06-2024, 15:56
Oxunub: 3 432
Avro-2024-ün qrup mərhələsinin Niderland ilə oyunu Fransa yığmasının hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.
Bolgə.TV xəbər verir ki, o, böyük turnirlərdə – dünya və Avropa çemionatlarının final mərhələlərində ümumilikdə 32-ci oyununu keçirib. Bu, Fransa rekordunun təkrarıdır.
Belə ki, Qrizmann Lilian Thuramın nəticəsini təkrarlayıb. Antuan Almaniyada keçirilən turnirdə daha bir oyunda meydana çıxarsa, yeni rekordun sahibi olacaq.