Məşhur boksçu həyatınl itirdi
21-12-2024, 16:52
Oxunub: 3 288
Boks üzrə yüngül çəkidə (WBC) dünya çempionu olmuş Tyerri Jakob vəfat edib.
Bolgə.TV xəbər verir ki, uzun müddət ağciyər xərçəngi ilə mübarizə aparan 59 yaşlı keçmiş boksçu Fransanın Kale şəhərindəki evində həyatını itirib.
Qeyd edək ki, T.Jacob peşəkar karyerası ərzində 45 döyüş keçirib. O, 20-si nokautla olmaqla 39 qələbə qazanıb və 6 döyüşdə məğlub olub.