BolgeXeber.Com » İdman » Messi Avropaya qayıda bilər

Messi Avropaya qayıda bilər

11-01-2025, 12:03
Oxunub: 984
ABŞ-ın "İnter Mayami" komandası futbolçusu Lionel Messi ilə müqaviləni uzadacaq.

Mənbənin sözlərinə görə, tərəflər yeni müqavilə ilə bağlı razılıq əldə ediblər. 37 yaşlı argentinalı futbolçu 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq üçün həmin ilə kimi sözləşməni yeniləmək qərarına gəlib.
Yeni müqavilədə Lionel Messinin mövsümlərarası fasilədə Avropa klubuna icarəyə verilə bilməsi ilə bağlı bənd olacaq.