BolgeXeber.Com » BÖLGƏ TV » Ukraynada Avromaydan fəalını qaçırıb, qulaqlarını kəsiblər - VİDEO

Ukraynada Avromaydan fəalını qaçırıb, qulaqlarını kəsiblər - VİDEO

31-01-2014, 11:15
Oxunub: 5 077 Ukraynada günlərdir ki, itkin düşmüş Dimitri Bulato artıq tapılıb. Məlum olub ki, ona işgəncə verilib

Musavat.com-un Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, yanvarın 22-dən etibarən haqqında heç bir xəbər alına bilinməyən və bədəni yaralar içində olan müxalifət fəalı D.Bulato, rus ləhcəsi ilə danışan şəxslər tərəfindən qaçırıldığını, işgəncə və pis rəftara məruz qaldığını ifadə edib: "Çarmıxda gərərək mənə işgəncə etdilər. Qulaqlarımı kəsdilər, üzümü bıçaqla cızdılar. Bədənimin hər yerində yaralar var. Amma yenə də Tanrıya şükür edirəm."

Həkimlər D.Bulatonun bədənində kəsiklər olduğunu, ancaq həyati təhlükəsinin olmadığını açıqlayıblar.

Qeyd edək ki, Ukraynada 19 yanvardan bəri Avromaydan nümayişləri ilə əlaqəli beş etirazçı öldürülüb. Çox sayda nümayişçi həbsdə saxlanılır. Yanvarın 22-də bir başqa Avromaydan fəalı olan Yuri Verbytsky Kiyev ətrafındakı meşədə ölmüş vəziyyətəd tapılmışdı.
Bolgexeber.com