Hava Limanında nələr baş verir? – Foto / Video
11-02-2014, 10:35
Oxunub: 6 169
Ölkənin giriş qapısında biabrıçı hərəkət
Biz qafqaznews.az xəbər saytı olaraq dəfələrlə yazmışıq ki, Hava Limanı ölkəmizin giriş qapısıdır. Və ölkənin vəziyyəti ilə bağlı ilk təəssürat giriş qapısında bəlli olur. İlk təəssüratı isə sonradan dəyişmək çox müşkül məsələdir. Bu mənada ölkəmizin Hava Limanı xüsusi əhəmiyyət daşıyır. Ona görə də bu məsələdə həddindən artıq diqqətli olmaq lazımdır. Ancaq əvəzində nə görürük..?
Dünən redaksiyamıza Hava Limanının daxili uçuş məntəqəsinin çıxış şöbəsindən ilginc məlumat və video çəkliş daxil olub. Belə ki, saat 15:40 radələrində Gəncə-Bakı reysinin gəlişini gözləyən vətandaş belə bir hadisə ilə rastlaşıb. Limanın daxili uçuş məntəqəsinə avtomobillərin buraxılması qəti qadağan olunan yerə, 90 DL 033 dövlət qeydiyyat nömrəli Mercedes Gelandewagen markalı avtomobil buraxılıb.

Bu biabırçı hərəkət Gəncə reysinin gəlişini gözləyən vətandaşların da təəccübünə səbəb olub. Hamı düşünüb ki, görəsən hansı böyük nüfuz sahibi gəlir ki, Hava Limanına nəzarət edən təhlükəsizliyin əməkdaşları mövcud qaydaları pozaraq avtomobilin birbaşa çıxış məntəqəsinin qapısının qarşısında dayanmasına imkan verirlər. Birincisi, bu biabırçı hərəkət təhlükəsizlik cəhətdən yolverilməzdir. İkincisi, bu “xüsusi persona” kimdir ki, ona belə şərait yaradılır?
Təəccüblə bu biabırçılığı seyr edən vətəndaşlar bir azdan Gəncə-Bakı reysindən düşən həmin şəxsi görüblər. Və məlum olub ki, bu şəxs hansısa “əyalət biznesmeni”dir. Onu qarşılamağa gələn sürücü isə rəsmi geyimdə deyil, krassovkada, idman şalvarında olan birisidir.
İstənilən halda və sərnişinin kimliyindən asılı olmayaraq hər mənada strateji məkan olan Hava Limanında belə biabırçı hərəkət pislənilməli və təhlükəsizlik əməkdaşları cəzalandırılmalıdır.
Ölkə başçısı İlham Əliyev cənabları dəfələrlə bu cür yersiz hərəkətlərə qarşı sərt mövqe bildirib. Ölkə qayda-qanunlarla idarə olunlamıdır.
Redaksiyamıza müraciət edən vətəndaş da üzünü “AZAL”-ın prezidenti hörmətli Cahangir Əsgərova tutaraq soruşur ki, necə olur bizim avtomobilləri təhlükəsizlik xidmətinin əməkdaşları avtodayanacağın içərisinə buraxmır, ancaq kimisə qarşılayan avtomobil az qala trapa qədər “şütüyür”.
Ümid edirik ki, hörmətli Cahangir müəllim haqlı iradımızı dəyərləndirəcək və Hava Limanındakı bu buabırçı ayrı-seçkiliyə son qoyacaq.
Qarşı tərəfin də növqeyini işıqlandırmağa hazırıq.
QafqazNews.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər