BolgeXeber.Com » BÖLGƏ TV » Səlim Müslümovu və yeni kadrını ifşa edən faktlar-VİDEO(ÖZƏL)

Səlim Müslümovu və yeni kadrını ifşa edən faktlar-VİDEO(ÖZƏL)

8-03-2014, 12:50
Oxunub: 6 831 "Xahiş edirəm 30 saylı TSEK- də bütün anketlər mənim iştirakımla yoxlanılsın. Mən bunların saxta sənədlərini üzə çıxarım"

Bolgexeber.com–un redaksiyasına Biləsuvar rayon Ovçubərə kənd sakini II qrup əlil , YAP-ın üzvü Ağayev İmanverdi Şahverdi oğlu tərəfindən dövlət başçısına və bir sıra dövlət rəsmilərinə də ünvanlanmış şikayət məktubu daxil olmuşdur. Bolgexeber.com məktubu olduğu kimi təqdim edir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev cənablarına,
Surəti : Azərbaycan Respublikasının baş prokuroru cənab Zakir Qaralov cənablarına,
Surəti : Azərbaycan Respublikasının baş prokuroru yanında korrupsiya ya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev cənablarına,
Surəti : Azərbaycan Respublikası ƏƏSM-i naziri Səlim Müslümov cənablarına,
Surəti : Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev cənablarına,
Surəti : bütün qəzet redaksiyalarına,
Biləsuvar rayon Ovçubərə kənd sakini II qrup əlil , YAP-ın üzvü Ağayev İmanverdi Şahverdi oğlu tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Hörmətli prezident və dövlət rəsmiləri məni bu şikayət ərizəsini yazmağa vadar edən səbəb 30 saylı Tibbi Sosial Ekspert Komissiyasınin sədri Xoşbəxt Ağayevanın saxta rüşvətxor , qanunsuz əməlləridir. Xoşbəxt Ağayeva hörmətli prezidentimizin rüşvətxorluğa qarşı verdiyi qərarlarını , tapşırıqlarını baş ayaq icra etməkdə davam edir. Mənim bacım Qiyasova Gülxas Şahverdi qızı 1957-ci il təvəllüdlüdür. Həyat yoldaşı 30 ildir ki, atıb Rusiya dövlətinə gedib, övladı yoxdur. Evdə tək yaşayır.
Xoşbəxt Ağayeva bacımın təhsilsiz və avam olduğundan istifadə edib sənə pensiya düzəldəcəm. Ayda 200 ( iki yüz ) manat pensiya alacaqsan. 3000 ( üç min) manat pul düzəlt gətir , baş həkim Şamil Cəfərovla da söhbət edəcəm. 2012-ci ildə bacım Qiyasova Gülxasdan dələduzluq yolu ilə 3000 ( üç min ) alıb ona saxta sənəd veriblər. Deyib ki, denən altı ay xəstəxanada yatıb müalicə almışam. Sənədləri apar keçmiş TSEK-in sədri Mustafa İbadova ver. Tapşırmışam soruşsalar denən qıçlarım şişir , sol qolum quruyur, sinəm göynəyir. Təngənəfəs oluram. Bu sözləri öyrədib xəstəliyin ürək çatışmamazlığıdır.
Bacım savadsız olduğundan həmən sənədlərin surətini özündə saxlamayıb . Mən dəfələrlə xəstəxanaya getmişəm . Sənədin sürətini mənə verməyiblər. Fevral ayında xəstəxanaya getdim. Xoşbəxt Ağayevanın yerində işləyən Fatma doktor dedi ki, bizə tapşırıblar sənədin dublikatını verə bilmərik. Sonra həkim Vaqif Məlikova müraciət etdim. Ondan sənədin surətini istədim, o da vermək istəmədi. Dedim ki, nazirə teleqram vurmağa gedirəm. Ən nəhayət sənədin dublikatını Vaqif Məlikov mənə verdi.
Cənab prezident, Hörmətli məsul şəxslər, xahiş edirəm bacıma saxta verilmiş sənədlər araşdırılıb kim tərəfindən verilməsi və saxtalığı təsdiq olunsun. Saxtakar olan bu insanlar haqqında cinayət işi başlansın.
Onuda qeyd edim ki, Biləsuvar rayonunda əlillik dərəcəsi alanların 50- 60 faizi Xoşbəxt Ağayevanın saxta sənədləri əsasında alıblar. Mən belə düşünürəm ki, bunlar Biləsuvarda əksər gəncləri saxta sənədlə əlillik dərəcəsi verəcəklər. Biləsuvarda bir ilə hərbi xidmətə gedən və torpaqlarımızı qoruyan olmayacaq.
Biz vətəndaşlar hörmətli nazir Səlim Müslümovun prezidentin sərəncamı ilə ƏƏSM –i naziri təyin olunmasını və nazirin çıxışlarını eşitdik ki, hər şey şəffaf olmalıdır. Çox sevindik. Lakin Biləsuvarda Xoşbəxt Ağayeva bu gün də çirkin əməllərini davam edir.
Hörmətli prezident və dövlət rəsmiləri azərbaycan vətəndaşı olaraq sizdən xahiş edirəm 30 saylı TSEK- də bütün anketlər mənim iştirakımla yoxlanılsın. Mən bunların saxta sənədlərini üzə çıxarım.
Bir daha sizdən xahiş edirəm mənim bacımın halal və zəhmətlə qazandığı pulunun Şamil Cəfərov və Xoşbəxt Ağayeva tərəfindən ona qaytarılmasına köməklik edəsiniz.
Hörmətlə : Ağayev İmanverdi
P.S.Bolgexeber.com qeyd edir ki,məsələ ilə bağlı Biləsuvar rayonunun 20-yə yaxın sakini redaksiyamıza müraciət edib ki,onların hamısından video-müsahibə götürülüb .Bolgexeber.com həmin müsahibələrdən hələ ki, birini oxuculara təqdim edir: