BolgeXeber.Com » BÖLGƏ TV » Arzu Rəhimovun Cəlilabaddakı kadrı haqda ifşaedici VİDEO

Arzu Rəhimovun Cəlilabaddakı kadrı haqda ifşaedici VİDEO

1-06-2014, 09:30
Oxunub: 3 559 SHXÇDX-nin Cəlilabad rayon şöbəsində özbaşınalıq sərhəd tanımır

Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin rəisi FHN-nin qərarını tanımır. Bolgexeber.com-a müraciət edən Cəlilabad rayon Göytəpə şəhər sakini Musayev Rövşən Aydın oğlu müraciətində bildirir ki, qardaşım Musazadə Həsən Aydın oğlu 04.29.2014-ci il tarixdən Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağrış şöbəsinin həkim komissiyası tərəfindən sağlam diaqnozu qoyularaq, Bakı şəhər FHN-nin tabeçiliyində olan 9921-N saylı həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi hissənin daxili həkim komissiyası tərəfindən aparılan tibbi müayinə zamanı, qardaşım əsgər Müsazadə Həsən Aydın oğlunda Hepatit C-virusu daşıyıcısı aşkar edilmişdir. 9 gün hərbi hissədə qaldıqdan sonra məsələdən xəbərdar olub, hərbi hissədə oldum.Hərbi hissənin komandirləri bildirdilər ki, “Əsgər Musazadə Həsən Aydın oğlunda müayinə zamanı Hepatit C aşkarlanıb. Bu xidmətə yararsızdır, qardaşınızı aparıb təcili müalicə etdirmək lazımdır”. Mayın 8-də Hərbi hissədən qardaşımın xəstəliyi sənədlərini və şəxsi işi Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağrış şöbəsinə göndərildi. Qardaşımın xəstəliyi bizi çox narahat etdiyi üçün onu, təcili İran İslam Respublikasına müalicəyə aparmalıydıq. Xarici pasportu olmadığı üçün, Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin rəisinə müraciət edib, xahiş etdim ki, pasport götürmək üçün arayış verin,qardaşımı İrana müalicəyə aparım. Komissiya arayış verməkdən imtina etdi. Bildirdi ki, “Mən FHN-nin verdiyi qərara inanmıram. Özüm mayın 13-də təkrar müayinə aparacam”.Qardaşım mayın 13-də müayinədən keçsə də, Komissar bildirdi ki , “Cavabların gəlməsi 1-2 ay çəkəcək . Nə zaman cavab gələrsə onda qərar verərik”. Belə olan halda bizdə şübhələr artmağa başladı.Qardaşımın çox fikir etməsi ailəmizi də rahat oturmağa qoymurdu . Valideyinlərimin təkidi ilə Masallı rayon Mərkəzi Xəstəxanasının diaqnostik labaratoriyasında qan analizi verdik . 1 gün müddətinə cavablar məlum oldu.Bəli, qardaşımın qanında Hepatit C virusu aşkarlandı. Bu sənədləri Komissara təqdim etdim və başa salmaq istədim ki, bizim uşaq hər gün geri gedir.Təcili müalicə olunmalıdır bunun üçün də, arayış verməlisiniz biz pasport alıb,onu İrana müalicəyə aparaq. Komissarın isə cavabı bu oldu:“Çox danışırsan artıq,əskik danışma.Müalicə etdirmək istəyirsinizsə, burada etdirin”. Bizim də burada müalicəni etməyə o qədər imkanımız yoxdur. İranda olan qohumlarım mənə köməklik edəcəklər desəm də, Komissar bəd fikrindən əl çəkməyib,hirslənərək dedi ki, “Sizə mən dedim axı nə zaman müayinənin cavabı gələr,ondan sonra qərar verərəm”. Hörmətli redaksiya, Komissarın bu cür danışması təbii ki,bizə məlum idi. Çünki o, işlədiyi Komissarlıqda bilərəkdən qanunsuzluğa yol verir deyə, indidə onun qanunsuz əməlləri üzə çıxıb,ifşa olunmasından ehtiyyat edir.Məcbur qalıb,hər bir bahanəyə əl atır. Çox maraqlıdır,Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin həkim komissiyası necə müayinə aparmışdır ki, xəstə adama sağlam diaqnoz qoyub xidmətə yolladılar. Deməli burdan məlum olur ki, komissarlığın bütün işlərində saxtakarlıq baş alıb gedir.Hörmətli, redaksiya sizdən xahiş edirəm, Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsində baş almış özbaşnalıq barədə aidiyyatı qurumların diqqətinə çatdırın.Qoy görsünlər ki, burada qanunlar işləmir.
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
BOLGEXEBER.COM