BolgeXeber.Com » BÖLGƏ TV » “Cındırlar, mən xalq artistiyəm“ - Video

“Cındırlar, mən xalq artistiyəm“ - Video

3-06-2014, 12:35
Oxunub: 4 331 Aparıcı Aytən Səfərova maraqlı əhvalat danışıb

Şou-biznes Bəzi xalq artistlərinin və ya adi müğənnilərin dedikləri sözdən qaçmalarının, arxasında durmadıqlarının dəfələrlə şahidi olmuşuq, amma hər bir məsələnin bir həddi var.

Hər zaman maraqlı faktları ortaya çıxaran ANS telekanalında yayımlanan "Salam Azərbaycan" verilişinin aparıcısı Aytən Səfərova bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, bir müddət öncə iki müxtəlif agentli jurnalisti Azərbaycanın bir xalq artisti ilə əlaqə saxlayaraq ondan açıqlama almaq istəyiblər. Həmim ifaçının cavabı isə hər ikisinə fərqli olub. "Məhkəmə prosesi gedir, aranızda çəkişmələr var. Bunla bağlı danışardınız"-sualına xalq artisti özünə məxsus tərzdə cavab verib:

"Mən indi İsveçdəyəm, burada diaspora nümayəndələri əyləşiblər xahiş edirəm iki gün sonra mənimlə əlaqə saxlayın". Təxmini 50 dəqiqə sonra isə digər jurnalist həmin xalq artisti ilə əlaqə saxlayaraq eyni sualı verir. İfaçının bu dəfəki cavabı isə sözün əsl mənasında biabırçı olub: "Bilirsinizmi, mən indi Pirquludayam, oturmuşam çay içirəm". Bu cavabdan təəccüblənən müxbir müğənninin 50 dəqiqə öncə İsveçdə olduğunu dediyini yadına salmaq qərarına gəlib. Xalq artisti isə çıxılmaz vəziyyətdə olduğunu gördükdə əsəbləşərək:

"Cındırlar...Mən xalq artistiyəm, istəsəm İsveçdə olaram, istəsəm Pirquluda"- kobud şəkildə bu sözləri bildirib.