Binalardan yığılan xidmət haqqı kimin cibinə gedir... - (Video)
11-06-2014, 18:40
Oxunub: 4 622
Paytaxtda tikilən çoxmərtəbəli binaların sakinlərindən parakəndə şəkildə xidmət haqları yığılır
Bolgexeber.com bildirir ki, ANS TV-nin məlumatına görə, ümumiyyətlə paytaxtda yeni tikilən binalarda xidmətin qurulması mövcud qanunvericiliyə uyğun aparılmır. Aylıq kommunal və təsərrüfat haqları yuxarıdır. Bu rəqəm paytaxtın müxtəlif yerlərində 20-120 manat arasında dəyişir.
Bina sakini Novruz Əliyevin sözlərinə görə, yığılan pula xadimələrin, bir neçə işçinin və lift təmiri pulu daxildir.
Köhnə tikilən binalar Mənzil İstismar Sahələrinə aid idisə, çoxmərtəbəli binalarda bu işi mənzil təsərrüfat kooperativləri yerinə yetirir.
Əmlak bazarı ilə məşğul olan ekspertlərin fikrincə, mənzil sahiblərinin müştərək cəmiyyəti yaradılmalı və bütün xidmət növlərini öz üzərinə götürməlidir. Bina sakinləri müxtəlif qurumlarla müqavilə bağlayıb onların xidmətindən yararlanmalıdır.
Ekspert Nüsrət İbrahimovın sözlərinə görə, ümumi məbləğ tutulmalıdır. Nə qədər xərc tələb olunur və adambaşına nə qədər düşür: “Hazırda bu iş qanunauyğun aparılmır.”
Digər bir problem isə mənzildə yaşanılmadığı halda onlardan xidmət haqqı alınır.
Ekspertlər hesab edilir ki, çoxmərtəbəli binalarda texniki personal və mühafizə xidmətinin əmək haqları sakinlərin aylıq xidmət ödənişləri vasitəsilə təmin edildiyi üçün, tam olmasa da, bu məbləğ 50 faiz ödənilməlidir.
Statistikaya əsasən, paytaxtda çoxmərtəbəli binaların sayı 1300-dən artıqdır. Bu binaların hərəsində 80-100 mənzil yerləşir. Bu 100 mindən çox ailənin problemidir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər