Dolu Daşkəsəni bu günə qoydu - VİDEO
12-06-2014, 10:50
Oxunub: 5 014
İyunun 10-da, saat 21-30 radələrində Daşkəsən rayonu ərazisində güclü dolu ilə müşayiət olunan leysan yağışlarının nəticəsində rayonda sosial obyektlərə, inzibati və yaşayış binalarına, fərdi yaşayış evlərinə, yol, elektrik, rabitə təsərrüfatlarına, əhalinin mal-qarasına, bağ, əkin sahələrinə, avtomaşınlara ziyan dəyib.
Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyətindən məlumat verilib. İlkin məlumata əsasən, ziyan daha çox rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Kəmərqaya, Zəylik, Quşçu, Çovdar, Bayan kəndləri, Mədənçilər, Alunitdağ və Daşkəsən şəhər ərazilərində baş verib.
Baş vermiş təbii fəlakətin vurduğu ziyanın miqdarının müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi məqsədilə Rayon Fövqəladə Hallar komissiyası və aidiyyəti üzrə qurumlar tərəfindən işlər aparılır.
Dəymiş ziyanın aradan qaldırılması üçün daxili imkanlar hesabına aidiyyəti üzrə müvafiq tədbirlər görülür.Təbii fəlakətlə əlaqədar dəymiş ziyanlar barədə yaşayış məntəqələrindən əlavə məlumatlar daxil olmaqdadır.
Yuxarıda göstərilənlər barədə Respublikanın aidiyyəti üzrə qurumlarına məlumat verilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər