Saçaxlı pendir belə hazırlanır - İYRƏNCLİK!- (VİDEO)
12-06-2014, 14:35
Oxunub: 4 878
Şəkidə pendir istehsal edən sex gigiyenik qaydalara riayət etmədiyi və istehsal üçün uyğun olmayan antisanitar vəziyyət aşkarlandığı üçün fəaliyyəti dayandırılıb
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən rayonun Qoxmux kəndi ərazisində yerləşən, fiziki şəxs Vüsal Məməş oğlu Məmmədova məxsus pendir istehsal edən sexində dövlət nəzarəti tədbirləri həyata keçirilib. Aparılmış yoxlama zamanı pendir sexində gigiyenik qaydalara riayət olunmaması və istehsal üçün uyğun olmayan antisanitar vəziyyət aşkarlanıb. Yoxlama zamanı sexdə aşkar olunmuş bu və digər nöqsanlarla bağlı iradnamə Vüsal Məmmədova təqdim olunub, sexin fəaliyyəti dayandırılıb. Müfəttişlər tərəfindən yoxlamanın nəticələrinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilib. Şəki Ərazi İdarəsinin rəisi Qorxmaz Zakirov Apa tv-yə bildirib ki, istehlakçıların keyfiyyətli məhsullarla təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görülür, lakin elə sahibkarlar var ki, çirkin əməllərindən əl çəkmirlər
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər