Nabran çimərliyində mal-qara (VIDEO)
16-06-2014, 15:55
Oxunub: 5 121
Nabran çimərliyində, keçən il olduğu kimi, bu ildə insanlarla yanaşı mal- qaranı da görmək olur
Sahil boyu çimərlik zolağında yatan, yem axtaran iri buynuzlu heyvanlara rast gəlirsən. Bir neçə gündən sonra bura dincəlmək üçün çoxlu insanlar gələcək. Hər tərəf natəmiz, səliqəsiz, mal peyini və zibillə doludur. Sahil boyu mövsümi çimərlik güşələri qurulsa da, Nabran heyvan oylağına çevrilib. Obyekt işçiləri və bağ evinə gəlmiş paytaxt sakinləri bu işə rəsmi qurumların əncam çəkməsini tələb etdilər.
Paytaxt sakini Tariyel Həşimovun sözlərinə görə, mal-qaranı yığışdırmırlar, səhər- səhər özbaşına buraxırlar, hara getdi- getdi. Dənizdə uşaqlar çimə bilmir.
Qeyd edək ki, bu mövzunu keçən il də işləmişdik, yerli qurumlar da həmin əraziyə mal- qara yiyələrinin cəzalandırılacağını demişdilər.
Nabran Bələdiyyəsinin sədri Qüdrət Qədimov bu dəfə dəniz sahilinə ev heyvanlarını buraxan sakinlərin inzibati şəkildə cəza alacaqlarını bildirdi.
Xaçmaz Gigiyena - Epidemiologiya Mərkəzinin direktoru Bəxtiyar Haqverdiyev isə bu halları aradan qaldırmaq üçün ərazidəki bələdiyyə sədrlərinə rəsmi məktub göndərdiklərini dedi. “Hər il aprel ayının 15- dən başlayaraq ayda 2 dəfə dəniz sularını götürüb onların bakteroloji müayinəsini yoxlayırıq, orda suyun çirklənməsini öyrənirik. Nabran çimərliyinə mal- qaranın buraxılmaması ilə bağlı reydlərin də başlanacağıq”-dedi.ans
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər