Masallı məmurlarının topdağıtmaz villaları-VİDEO
2-07-2014, 16:25
Oxunub: 4 324
İcra Hakimiyyəti başçısının müavinləri rayonda dəyəri yüz minlərlə manat ölçülən evlər tikidiriblər
Bolgexeber.tv bildirir ki, Masallı məmurlarının topdağıtmaz villaları üzə çıxıb.Bolgexeber.tv-nin əməkdaşları rayonda Köhnə Xəstəxananın yaxınlığı kimi tanınan ərazidə inşa edilmiş, dəyəri yüz minlərlə manat olan evlərin fotolarını çəkməyə nail olub. Həmin məlumatda deyilir ki, bu evlərin hər biri ayrı-ayrı məmura məxsusdur. Həmin ərazidə torpağın bir sotunun qiyməti isə 5000-6000 manat civarındadır. Fotodakı evlərin biri Masallı İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun aqrar məsələlər üzrə müavini Nəsir Muxtarlıya məxsusdur. Digəri isə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, habelə icra başçısının müavini Seymur Nuriyevindir. Şəkildəki villalardan biri isə Masallı İcra Hakimiyyətinin sektor müdiri Seyfəddin Əliyevindir. Bir digəri isə Masallı Şəhər İcra Nümayəndəsinin sabiq rəhbəri, rüşvət aldığına görə həbs olunmuş Laçının evidir. Maraqlıdır ki, əyalət məmurlarının bu qədər pulları hardandır ki, belə bahalı evlərə sahib olublar? Aydın məsələdir ki, dövlətin əmlakını və vəsaitlərini dağıtmaqla bu imkanlara çatmış şəxslərdir. Hər halda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bununla bağlı araşdırma apararsa, bütün həqiqətlər üzə çıxmış olar. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.tv
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər