Binəqədidə ağacları kəsib çayxana tikirlər-VİDEO
3-07-2014, 09:45
Oxunub: 4 394
Binəqədi rayonunun ərazisində 25-dək ağacı kəsməyə hazırlaşırlar. Ağacların kəsildiyi yerdə ictimai iaşə obyekti tikilməsi planlaşdırılır.
Axar.az xəbər verir ki, bu gün bir qrup Binəqədi rayon sakini binalarının həyətində olan ağacların kəsilməsinə etiraz ediblər. S.S.Axundov-2 ünvanının sakinləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ədliyyə Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin qəbul etdiyi müvafiq sənədlərdə həmin torpaqdan iaşə obyekti kimi istifadənin qeyri-mümkünlüyü haqda qərarın olduğunu bildirirlər.
Sakinlər illərdir ki, burada yaşadıqlarını və bu ərazidə uşaqların oynadığını deyirlər. Bundan əlavə, yeni tikiləcək iaşə obyektinin yaxınlığında uşaq bağçası fəaliyyət göstərir.
Bina sakinlərinin etirazını obyektin sahibi Eyvaz (soyadını öyrənə bilmədik) qəbul etmir:
“Mənim 8-ci mikrorayon, Heydər Hüseynov küçəsi, 11 a ünvanında olan 177 kv/m-lik obyektim sökülüb. Buna kompensasiya olaraq Binəqədi Rayon İcra Hakimiyyəti bu 142 kv/m-lik torpaq sahəsini mənə verib. Onlar mənə hansı ərazini göstərsəydilər, həmin yerdə də tikinti işlərimi aparacaqdım”.
Mövcud ərazinin 3 ay öncə ona verildiyini deyən sahibkar sakinlərin bu müddətdə həmin torpaqda bilərəkdən ağac əkdiklərini deyir.
Ətraflı süjetdə:
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər