İşğal olunan rayonların başçıları hara baxır?-VİDEO
4-07-2014, 09:10
Oxunub: 4 914
Şuşa icra hakimiyyətinin vəzifəli şəxsini gecə yarısı elə “Şuşa” restoranında görə biliriksə, danışmağa söz də qalmır
Uzun illərdir ki, işğalda olan doğma torpaqlarımızın azad olunmasını gözləməkdən gözümüzün kökü saralıb.Ancaq bu dərd bizə bir cür, həmin rayonlardan məcburi köçkün düşənlər üçün isə, ayrı bir dərddir. İşğal altında olan torpaqlardan didərgin düşən vətəndaşlarımız Azərbayacnın elə bir bölgəsi yoxdur ki, orada məskunlaşmasınlar. Düzdür, dövlət başçının tapşırıqları əsasında məcburi köçkünlər üçün yeni inzibati binalar tikilib onların istifadəsinə verilir, mənzil-məişət şəraiti yaxşılaşdırılır. Bir sözlə, dövlət başçımız məcburi köçkünlərin problemlərinin həlli üçün ən mütərrəqi proqramları reallaşdırır.
Bununla belə, mənzil-məişət şəraiti dözülmız olan, 20 ildən artıqdır ki, acınacaqlı vəziyyətdə yaşayan məcburi köçkünlərimiz də var.
Məsələn, Ağdam, Xocalı, Laçın, Şuşa və Kəlbəcər məcburi köçkünülərinin halı olduqca dözülməzdir. O məcburi köçkünlərin ki, onlar Kürdəmir rayonunda peşə məktəbində məskunlaşıblar. Yuxarıda adıçəkilən rayonların başçılarının Kürdəmirdə məskunlaşan məcburi köçkünlərə hansı dərəcədə kömək etdiklərini bilməsək də, onların yaşadığı şəraitə baxanda bunu da aydınlaşdırmaq olur. Görünən budur ki, Ağdam, Xoaclı, Laçın, Şuşa və Kəlbəcər rayonlarının icra başçılarının Kürdəmirdə yaşayan məcburi köçkünlərdən ya xəbəri yoxdur, ya da elə onların ah-nalərini eşidib bir qulaqlarından alıb o biri qulaqlarından da çölə ötürürlər.
Kürdəmirdə yaşayan məcburi köçkünlərin vəziyyəti ilə bağlı müvafiq rayonların icra hakimiyyətləri ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, onların içərisində özlərini ərəb şeyxləri kimi aparıb qaçıb gizlənənlər də, suallarımıza cavab verənlər də və ümumiyyətlə, özünü yerli-dibli itirənlər də oldu. Elə bildik ki, yer yarılıb və icra hakimiyyətlərinin vəzifəli şəxsləri də bu yerin dibinə giriblər. Təkcə bir icra hakimiyyətinin səlahiyyətli şəxsini yerin üstündə tapa bildik- Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimovanı. Xanım müavin Kürdəmirdə yaşayan Ağdam rayonundan məcburi köçkün olan ailələrini vəziyyətinə aydınlıq gətirdi:
Kürdəmirdə peşə məktəbində məskunlaşan məcburi köçkünlərin problemlərinin həll olunması istiqamətində atılan müsbət addımlar da atılıb. Ancaq Kürdəmir rayon icra hakimiyyətinin başçısı tərəfindən:
Hər halda bu son deyil. Kürdəmirdə yaşayan məcburi köçükünlərin vəziyyətini mütəmadi olaraq diqqətdə saxlayacaq və onların problemlərinin qabardılması istiqamətində üstümüzə düşən öhdəliyi yerinə yetirəcəyik. Ancaq yaxşı olar ki, Şuşa, Xocalı, Kəlbəcər rayonlarının icra hakimiyyətləri öz işlərinin miqyasını dəqiq bilsinlər. Bakıda hər üç adda restoran da var. Nə olsun ki? Məsələn, Şuşa restoranı. Birinə getməyə cəsarətimiz, o birinə isə getməyə isə, pulumuz çatmır. Bu da boşuna deyilmir. Məsələn, gündüz lampa ilə axtardığımız, Şuşa icra hakimiyyətinin vəzifəli şəxsini gecə yarısı elə “Şuşa” restoranında görə biliriksə, danışmağa söz də qalmır.
Aytən Yaşar
Ayət şükürlü
Vüqar Həsənli
Bolgexeber.tv
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər