DYP yollarda təhlükə yaradan qaraçılara niyə göz yumur? (VİDEO)
6-07-2014, 10:50
Oxunub: 4 581
Dilənçi qız DYP-nin qarşıçında özünü maşınların qarşısına atır, yol polisləri isə susur
Xətai rayonu ərazisində – Ukrayna dairəsinin yaxınlığında qaraçı qızın sürücülərə təhlükə yaradır.Bolgexeber.com bildirir ki, oxucu Arif Şəmistanlının avtosfer.az-a göndərdiyi videoda bütün proses açıq-aydın görünür. Arif Şəmistanlının idarə etdiyi avtomobilin qarşısına qəflətən qaraçı qız çıxıb və gördüyünüz kimi, təhlükəli vəziyyət yaradaraq yolu kəsib. Balaca qız sürücüdən pul almaq üçün bu addımı atıb. Lakin bütün hallarda bu, olduqca təhlükəli hərəkətdir. Sürücünün ayıq-sayıqlığı nəticəsində balaca qızcığaza heç nə olmayıb. Sürücü maşını başqa istiqamətə sürməyə çalışsa da, qaraçı qız buna imkan verməyib.
Hər halda, bu mənzərə Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin 15 metrliyində baş verir. Əlbəttə, DYPŞ-nin əməkdaşları bunu görməmiş olmazlar.
Dünən isə digər oxucu Tural Rüstəmli bu məsələ ilə bağlı yeni məlumatlar verib. O bildirib ki, həmin qaraçı qız hər gün orada dayanır və avtomobillərin qarşısını kəsib pul istəyir: «Mən oradan keçəndə qarşımı kəsir, maşınım hündür olduğu üçün ayaq qoyulan yerə, «spoller»in üstünə çıxıb pəncərədən sallanır ki, pul ver. Ötən gün svetaforun düz yanında yenə həmin proses baş verdi. DYP əməkdaşları da dayanıb baxardılar. Yol polisləri görürdülər ki, qız yapışıb maşından, yaşıl işıq da yanır, mən sürməliyəm, amma sürsəm bu qız qalacaq təkərin altında. Vallah, yol polisləri heç bir reaksiya vermədilər. Özü də ora düz Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin qarşısıdır. «Əhmədli» metrostansiyasının yaxınlığı».
Tural Rüstəmli bildirir ki, qaraçılar hər gün həmin ərazidə olurlar və hərəsi bir svetaforda dayanıb bu cür təhlükəli hərəkətlərə əl ataraq dilənirlər: «Polis onlara heç nə demir. Amma onların birini maşın vursa, yəqin ki, polis həmin sürücünü bədbəxt edəcək».
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər