Bakıda «Ələsgər» siqnalının canlı variantı... – VİDEO
18-07-2014, 15:20
Oxunub: 4 333
Yol polisi «Ələsgər» siqnalını iki dəfə sökür, sürücü yenə alıb quraşdırır
Cəriməsi artdıqca qadağan olunmuş siqnallardan istifadə edənlərin də sayı artır
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə görə nəqliyyat vasitələrində çoxavazlı səs siqnallarından istifadə etmək qadağandır. Bunun cəriməsi isə bir neçə ay öncə qanuna edilən dəyişiklikdən sonra 700 manata qədər artırılıb.
Lakin maraqlısı budur ki, müxtəlif heyvan səsləri çıxaran, biabırçı ifadələr səslənən həmin səs siqnallarından istifadə halları məhz cərimələr artırılandan sonra daha da çoxalıb. Siqnal həvəskarlarının «Danq-danq», «Fi-fa», «Ələsgər» kimi adlar verdiyi səs siqnallarını avtomobillərə vurmaq nə qədər böyük həvəs olsa da, büdcəni də düşünmək lazımdır. 50 manatdan 5 min manata qədər dəyəri olan bu siqnalları yol polisi aşkar etdikdə protokollaşdırılır və məhkəmə qərarı ilə müsadirə edirlər.
Üstəlik, sürücü 700 manata qədər cərimə də ödəməli olur. Əlbəttə, bu rəqəmləri nəzərdən keçirdikdə düşünmək olar ki, yəqin, həmin siqnallardan yalnız imkanlı şəxslər istifadə edirlər. Ancaq bu gün araşdırsaq görərik ki, bankdan kredit götürüb maşınına «Ələsgər» siqnalı qoyanlar da var.
İzlədiyiniz bu videorolik isə məhz siqnal həvəskarları üçün hazırlanıb. Yol polisi «Ələsgər» siqnalını iki dəfə sökür, sürücü yenə alıb quraşdırır. Axırda isə sürücü həmin siqnalın canlı variantını maşına mindirir. Bununla da yol polisi çarəsiz qalır və «siqnal»ı sökə bilmir.
avtosfer.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər