BolgeXeber.Com » BÖLGƏ TV » Yasamal rayonunda məcburi köçkünlər ayağa qalxdı-VİDEO

Yasamal rayonunda məcburi köçkünlər ayağa qalxdı-VİDEO

16-08-2014, 21:45
Oxunub: 3 743 Hadisə nəticəsində çoxlu məcburi köçkünlər, hətta əməkdaşlarımız da xəsərət alıblar

Bolgexeber TV bildirir ki, Bakının Yasamal rayonunda məcburi köçkün düşmüş sakinlər evləri söküldüyü üçün etiraz aksiyası keçiriblər. Aksiyanı dağıtmaq üçün əraziyə polis işiləri cəlb olunub. Ancaq polis isçiləri özlərini qul məclisinə girən Misir fironları kimi hesab edirdilər.Onlar “burda mənəm bagdadda kor xəlifə” deyib masınları duz insanların uzərinə sururdulər.Ustəlik sakinləri həbslə də hədələyirdilər.Sakinlər “çəkin,çəkin bizim halımızı çəkin görün bizi necə evsiz- eşiksiz qoydular”deyərək sanki fəryad edirdilər.
Əzazil polis isçiləri normal danısıb sakinləri sakitləşdirmək əvəzinə onları daş-qalağ edirdilər.Hadisə nəticəsində çoxlu məcburi köçkünlər,hətta əməkdaşlarımız da xəsərət alıblar.Vaxtı ilə ermənilər bu vətəndaşları evlərindən-eşiklərindən didərgin salmışdılar.İndi də eyni halla qarşılaşan sakinlər bu vəziyyətlə razılaşmayaraq ayağa qalxıblar.Ərazidə polis isçiləri ilə yanaşı icra hakimiyyətinin səlahiyyətli şəxsləri də var idi. Ancaq deyəsən vəziyyətin qəlizliyini görən icra nümayəndələri də hüquq-muhafizə isçiləri kimi çıxış yolunu masınlarına minib qaçmaqda gördülər. Sakinlər tələb edir ki, tezliklə müvafiq qurumlar bu qanunsuzluğa bir aydınliq gətirsinlər. Əminik ki,bundan prezidentimizin xəbəri yoxdur. Maraqlıdır görəsən sakinləri, hətta şəhid ailələrini evsiz-eşiksiz qoymaqda özündə cürət tapan şəxsin və ya şəxslərin məqsədi nədir? Aydındır ki, bu məsələdən icra basçısının da xəbəri var. Əks halda bu boyda həngaməyə göz yumulmazdı.Ya da həmin şəxslərin çox güclü “daydayısı “var ki, onlar əllərini qollarını sallayaraq rahat şəkildə gəlib camaatın evini sökürlər.

Gücünü məcburi köçkünlərin üzərində sınayan hüquq- mühafizə orqanları bunu torpaqlarımızı zəbt etmiş erməni diğalarına qarsı etsəydilər yəqin ki,indi evlərindən çıxarılan məcburi köçkünlər yox, evlərimizi zəbt edən ermənilər olardı!.

AytənYaşar
Ayət Şükürlü
Bolgexeber TV