BolgeXeber.Com » BÖLGƏ TV » Gədəbəydə qeyri-adi hadisə: 250 qoyun qayalıqdan dərəyə tullandı-VİDEO

Gədəbəydə qeyri-adi hadisə: 250 qoyun qayalıqdan dərəyə tullandı-VİDEO

22-08-2014, 13:55
Oxunub: 3 791 Bu zaman qəfil başlayan güclü külək, leysan yağışa çevrilib.

Gədəbəydə xeyli sayda xırdabuynuzlu heyvan qeyri-adi şəkildə tələf olub.

Rayonun Dəyirmandağı kəndinin sakinləri olan yeznə və qayının qoyun sürüsü Alınçalı yaylağı adlanan ərazidə otlayırmış. Sürüyə isə onların 12 və 14 yaşlarındakı 2 oğlu nəzarət edib.

Bu zaman qəfil başlayan güclü külək, leysan yağışa çevrilib. Uşaqların sözlərinə görə, həmin vaxt uçurumun kənarında olan qoyunlardan biri küləyin təsiri ilə qayalıqdan dərəyə yuvarlanıb.

Daha sonra isə digər qoyunlar da ard-arda dərəyə aşıb. Hadisə baş verərkən qoyunların dərəyə düşməsinin qarşısını almağa çalışan yeniyetmə də dərədə yıxılmaqdan son anda ağaclardan tutaraq xilas ola bilib. Xatırladaq ki, dərəyə yuvarlanan heyvanların cəsədlərini çəkmək üçün çətinliklə də olsa, 2 saatdan artıq qayalıqla getməli olduq. Uzun sürən axtarışdan sonra heyvanların cəsədləri olan yerə çatdıq. Heyvanların cəsədləri topa şəkildə dərədə idi.

Gədəbəy RİH-nin Fövqəladə hallar komissiyasından təsərrüfat sahiblərinə bildirilib ki, heyvanlar sığorta olunmadığından kompensasiya ödənilməyəcək. Heyvanların sahibləri isə deyir ki, hadisə hava şəraiti ilə əlaqədar baş verdiyindən təbii fəlakət kimi qiymətləndirilə və onlara dəyən zərər qismən də olsa ödənilə bilər. Onlar bununla bağlı müvafiq dövlət qurumlarına müraciət etmək niyyətindədir.