BolgeXeber.Com » BÖLGƏ TV » Binədə həllini tapmayan problemlər-VİDEO

Binədə həllini tapmayan problemlər-VİDEO

23-08-2014, 11:25
Oxunub: 3 206 Qazı olmayanlar məcbur qalıb ya odun alır, ya da ayda 200-250 manat ödəməklə elektrik enerjisindən istifadə edir

Bolgexeber.TV
bildirir ki, Bakının Xəzər rayonu Binə qəsəbəsinin sakinləri ərazidə kommunal xidmətlərin olmamasından gileylənir. Bölgəxəbərə bildirdiklərinə görə əsas problemləri qazla bağladır və aidiyyatı orqanlara müraciət etmələrinə baxmayaraq heç bir nəticə hasil olmur. Əksinə küçələr arasında ayrı-seçkilik salınıb. Belə ki, Binənin girəcəyindəki küçələrdə yerləşən evlərə sayğac qoyulub və qazla təmin edilib. Qalan küçələrə isə keçən ildən yeni qaz boruları çəkilsə də, evlərə qaz verilmir.
Qəsəbə sakinlərinin sözlərinə görə, evlərin qazla təmin edilməsi üçün yerli idarələrdən pul tələb olunur. Qazı olmayanlar məcbur qalıb ya odun alır, ya da ayda 200-250 manat ödəməklə elektrik enerjisindən istifadə edir. Elektrik enerjisi xətlərinin və yolların da bərbad vəziyyətdə olduğunu gördükdən sonra sakinlərin şəhər həyatı deyil, əsl kənd həyatı yaşadığını asanlıqla söyləyə bilərik.

Məsələ ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Baş məsləhətçi Azər Kərimov bildirdi ki, 2014-2016-cı il Dövlət Proqramına əsasən Bakı və onun ətrafındakı qəsəbə və kəndlər mərhələli şəkildə qazlaşdırılacaq və bütün problemlər tezliklə öz həllinə qovuşacaqdır.

Ümid edək ki, verilən vədlərin icrası sözdə deyil əməldə təsdiqini tapacaq. Binə sakinlərinə isə səbr göstərmək və daha iki il kənd həyatlarına davam etmək qalır.

Babək Zeynal
Bolgexeber.TV