BolgeXeber.Com » BÖLGƏ TV » Mingəçevirdə bayrağımıza qarşı növbəti hörmətsizlik-VİDEO

Mingəçevirdə bayrağımıza qarşı növbəti hörmətsizlik-VİDEO

27-08-2014, 12:50
Oxunub: 3 196 Maraqlıdır görəsən bayraq cırılmayıbsa onun endirilməsinə nə ehtiyac var idi?!

Bayraq bir ölkənin dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Məhs bu səbəbdəndir ki, ayrı-ayrı beynəlxalq təşkilatlarda bayrağımızın baş-ayaq asılması, habelə ona qarşı digər sayğısızlıqlar hər dəfə ciddi narazılıqlara səbəb olub. Bolgexeber.TV bildirir ki, təəssüflər olsun ki, bu cür önəm daşıyan üç rəngli bayrağımıza hörmətsizlik halları elə öz ölkəmizdə də kifayət qədərdi və bu hörmətsizlik hələ də davam etməkdədir. Axı unutmaq olmaz ki, ömrünün 8 il 6 ayını Macarıstan həbsxanasında keçirən Ramil Səfərovun erməni zabiti Qurgen Markaryanı cəhənnəmə vasil etməsində də bayraq faktoru mühüm rol oynamışdı. Amma görünür Mingəçevir şəhər İcra Başçısı bayrağın bir dövlət üçün nə qədər önəmli olduğunu unudub ki, şəhər bayraq meydanında üç rəngli bayrağın çırıq-sökük formada dalğalanması onun üçün normal hall alıb.
Məsələ ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin rəsmisi Sahib Əliyev Bolgexeber.TV-nin əməkdaşına bildirdi ki, belə bir şey yoxdur, bayraq cırılmayıb. Sadəcə bayraq endirilib və işıq olmadığı üçün öz yerinə qaldırıla bilməyib.
Maraqlıdır görəsən bayraq cırılmayıbsa onun endirilməsinə nə ehtiyac var idi ?!Mövzunu diqqətdə saxlayacağıq.
Babək Zeynal
Ayət Şükürlü
Bolgexeber.TV