BolgeXeber.Com » BÖLGƏ TV » Samux sakini 10 yaşlı övladının ölümündə məmurları ittiham edir-VİDEO

Samux sakini 10 yaşlı övladının ölümündə məmurları ittiham edir-VİDEO

1-09-2014, 08:35
Oxunub: 3 460 Cavanşir Məmmədov məsələylə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq onun səsinə səs verən tapılmayıb

Deyirlər bala dərdi dunyadakı ən acı dərddir. Hansı ki zaman belə bu dərdə çarə edə bilmir. Bu dəfə isə Samux rayon Nəbiağalı kənd sakinləri olan Məmmədovlar ailəsi övlad itkisinin necə ağrılı olduğunu yaşayıblar. Samux rayon Nəbiağlı kəndinə gələn elektrik xətləri bu ailəni gözü yaşlı qoyub. Dərdlərinə dərman tapa bilməyən bu insanlar ümid sonda olur deyib Bolgexeber.TV-yə üz tutublar. Övladını yenicə itirmiş və acısı gözlərindən oxunan ata Cavanşir Məmmədov deyir ki 2014-cu ilin may ayında 10 yaşlı övladı Fərid elektrik işçilərinin məsuliyyətsizliyinin qurbanı olub.Təsəvvür edin bu kəndin elektrik xətləri kənddə yerləşən meşənin içindən çəkilib. Daha doğrusu buna çəkilib yox,başdan sovdu iş görülüb desək daha düzgün olar. Çünki görmüşük ki,elektrik xəttləri insanların təhlükəsizliyi üçün az istifadə olunan ərazilərdə həmçinin əlçatmayan yüksək yerlərdən çəkilir.Ancaq bu kənddə elektrik xətti çəkənlər deyəsən unudublar ki,meşədən elektrik xətti çəkmək qaydalara ziddir. Çünki bu meşə insanlar üçün salınıb və hər an bu xəttlər bura gələn istənilən insanın həyatına son qoya bilər. Necə ki balaca Fərid kimi!
Anasının son dəfə onun üçün hazırladığı yeməyi yemək belə nəsib olmadı Fəridə... Çünki olumə tələsirdi. Dünyası başına yıxılan ana Qəndab xanım deyir ki,onsuzda mənim balam geri gəlməyəcək. Ancaq bu işə tez bir zamanda çarə tapılmasını istəyirəm ki,heç olmaya başqa analar mənim kimi yanmasın!
Bolgexeber.TV bildirir ki, Cavanşir Məmmədov məsələylə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq onun səsinə səs verən tapılmayıb.
Mövzü ilə əlqadar Samux rayon prokrorluğu ilə əlaqə saxladıq.O Bolgexeber.TV-yə bildirir ki, bildirdi ki,məsələylə bağli cinayət işi açılıb,araşdırma aparılır.
Maraqlıdır görəsən nə üçün Samux rayon icra başçısı eləcə də eletrik idarəsi bir ailənin facisinə səssiz qalıb? Bəlkə günahkar olduqlarını görüb deməyə söz tapmayıblar yaxud da bu məsələ onların heç veclərinə də deyil. Hər iki halda ortada bir insan həyatını itirib və bu aidiyyatı qurumların işlərinə biganə yanaşmaları ucbatından baş verib.Vaxtında hər kəsə öz görəcəyi işin məsuliyyəti başa salınsaydı bəlkə də indi elektrik işçiləri bir ailənin faciəsinə səbəb olmazdılar! Aytən Yaşar
Ayət Şükürlü
Bəhram Musaoğlu
Bolgexeber.TV