BolgeXeber.Com » BÖLGƏ TV » Binəqədi sakinlərinin problemləri öz həllini tapacaqmı?-VİDEO

Binəqədi sakinlərinin problemləri öz həllini tapacaqmı?-VİDEO

2-09-2014, 10:15
Oxunub: 3 205 Binəqədi rayonunda yerləşən küçənin sakinləri su və kanalizasiya sistemlərinin olmamasından şikayətlənirlər

Sakinlərin Bolgexeber.TV-yə bildirdiklərinə görə yola axıdılan kanalizasiya sularından qalxan üfunət iyi yayda dözülməz hal alır.Qışda da yağan yağışa qarışan kanalizasiya sularının donması,yolları sürüşkən etməklə sakinlərin yıxılıb əzilməsinə, xəsarət almasına səbəb olur. Buzlar açılan kimi də asphalt olmadığından hərtərəf palçıq olur.Bir sözlə nə uşaqlarımız dərsə gedə bilir, nə də bir hadisə baş verən zaman təcili yardım çağıra bilirik.Ünvanı söylədikdən sonra heç kəs bura ayaq basmaq istəmir. Həmçinin sakinlər söylədilər ki, məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də şikayətlərinə baxan tapılmır.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.Onlar da məsələnin onlara aidiyyatı olmadığını söyləyib, bizə Azərsu Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxlamalı olduğumuzu bildirdilər. Biz də aidiyyatı üzrə Azərsu-nun Binəqədi rayon Sukanal idarəsinin rəisi Əhliman Mansurovla telefon bağlantısı yaratdıq. O da ərazi ilə tanış olacağını və sakinlərin problemləri ilə şəxsən özünün məşqul olacağını bildirdi. Həqiqətən də deyildiyi kimi rəsmilər ərazidə olub sakinlərin problemləri ilə maraqlandılar.

Təki verilən vədlər zamanında yerinə yetirilsin ki, sakinlər də vaxtlarını kommunal problemlərə deyil, övladlarının gələcəyinə sərf etsinlər.

Babək Zeynal
Şahnaz Mehdizadə
Bolgexeber.TV