BolgeXeber.Com » BÖLGƏ TV » Qobustanlı ailə 3 övladı ilə küçələrdə yaşayır-VİDEO

Qobustanlı ailə 3 övladı ilə küçələrdə yaşayır-VİDEO

2-09-2014, 14:10
Oxunub: 3 111 Ailənin danışdığı sözlər və onların yaşadığı şərait insanın ürəyini parçalayırdı

Qobustan rayon sakini əlacsızlıqdan dilə gəldi. Onu dilə gətirən səbəblər isə ailəsi ilə bərabər küçələrdə qalması və çəkdiyi işgəncələr oldu. 10 ilə yaxındır ki, Qobustan rayon sakini Tanrıverdi Sayadov həyat yoldaşı və 3 körpəsiylə bərabər paytaxtımızın küçələrində acınacaqlı vəziyyətdə yaşayır. Bolgexeber.TV bildirir ki, onlar dəfələrlə Qobustan rayon İcra Hakimiyyəti və mənzil-sosial müavinətin təmin edilməsi ilə bağlı müraciət etsə də, hələ də onun müraciətləri cavabsız qalıb. Hazırda isə ailənin kirayə pulu verməyə imkanı olmadığına görə onlar küçədə yaşamağa davam edirlər. Heç yerdə özlərinə yer tapa bilməyən,Bakı küçələrinə sığınacaq gətirib acınacaqlı vəziyyətdə yaşayan ailə polis əməkdaşlarından və onlar tərəfindən onlara qarşı olunan işgəncələrdən də şikayət etdilər. Bundan başqa Tanrıverdi Sayadovu ağladan səbəb isə ata mülkündən pay ala bilməməsidir.O,bununla bağlı Qobustan rayon məhkəməsinə müraciət etsə də müraciətə baxan tapılmayıb.Həyat yoldaşının sözlərinə görə o, əlil olduğu üçün Binəqədi Rayon İcra hakimiyyəti onlara yardım məqsədi ilə həmin ərazidə 1 sot torpaq ayırıb. Sayadovlar ailəsi də imkansız olduqları üçün həmin torpağın tikilməsinə köməklik göstərilməsini xahiş ediblər. Ailənin danışdığı sözlər və onların yaşadığı şərait insanın ürəyini parçalayırdı. Müasir və inkişaf edən ölkəmizdə bir ailənin bu cür əlacsı şəkildə evsiz-eşiksiz küçələrdə qalması və bu günə kimi heç bir dövlət qurumunun onlari problemləri ilə maraqlanmaması heç də xoşa gələn hal deyil. Yazıq halda olan 3 körpə isə ayaq yalın, baş açıq xəstəxananın həyətində oyanyır və əlacsız şəkildə valideynlərinin üzünə baxırdılar.
Biz də məsələ ilə Qobustan rayon icra hakimiyyəti ilə əlaqə saxlayıb,mövzuya aydınlıq gətirməyə çalışsaq da rayon icra hakimiyyəti bu barədə müsahibə vermək istəmədiklərini bildirdilər.
Çarəsizlikləri gözlərindən hiss olunan ailə onlara yardım ediləcək günü səbirsizliklə gözləyirlər.Ümidvarıq bu ailənin əlacsizlığı aidiyyati qurumlarin ürəyində mərhəmət hissi yaradacaq və tezliklə bu ailəni sevindirəcəklər!
Aytən Yaşar
Gülnarə Eynullaqızı
Ayət Şükürlü
Bolgexeber.TV