Körpəni oğurlayan qadınla zərərçəkən ana üzləşdirildi — Video
3-09-2014, 14:20
Oxunub: 4 026
“Uşaq saxlamaq istəyirdim”
Bu il avqustun 13-də Sumqayıtda oğurlanmış iki aylıq körpə tapılıb.Sumqayıt Şəhər Polis İdarəsində avqustun 13-də iki aylıq körpəsi oğurlanmış Aysel Səfərova ilə körpəni oğurladığı ehtimal olunan qadının üzləşdirilməsi keçirilir.Məlumata görə, bu səhər Aysel Səfərova 2 aylıq körpəsi ilə Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunub.Bu barədəSumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, körpə Binəqədi rayonu ərazisində tapılıb.Binəqədi rayon Polis İdarəsindən də körpənin tapılması faktı təsdiqlənib. Bildirilib ki, Binəqədi və Sumqayıt polisinin birgə əməliyyatı nəticəsində körpənin saxlanıldığı yer müəyyənləşdirilib, onu ogurlayan qadın saxlanılıb.
Qadın polisə ilkin ifadəsində körpəni oğurlamasını uşağı olmaması ilə əlaqələndirib: “Uşaq saxlamaq istəyirdim. Ona görə də körpəni qaçırdım”.
Qeyd edək ki, avqustun 13-də Sumqayıt şəhərində 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədova yaşadığı ərazidə evinə gələn və ona yardım etmək istədiyini deyən qadınla birlikdə iki aylıq körpəsini və digər iki uşağını da götürərək yaxınlıqdakı parka gedib.
A.Əhmədova digər uşaqlarını parkdakı atraksionlarda gəzdirmək üçün körpəni qadına həvalə edib. O isə fürsətdən istifadə edərək, körpəni qaçırıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər