BolgeXeber.Com » BÖLGƏ TV » Sumqayıtın “Acıdərə”problemi-VİDEO

Sumqayıtın “Acıdərə”problemi-VİDEO

5-09-2014, 10:05
Oxunub: 3 496 "Allah eləməsin ağır bir xəstəmiz olsa yolda keçinəcək"

Bolgexeber.TV bildirir ki, Sumqayıt şəhər Xəzər bağlar massivində məskunlaşan sakinlər kanalizasiya sularının su kanallarına axıdılmasından və heç bir qurumun bu barədə bir tədbir görməməsindən şikayətlənirlər. Kanalların üzəri açıq olduğundan ətrafı dözülməz üfunət iyi bürüməklə yanaşı, uşaqlarının da hər an kanala yıxılma təhlükəsində olduğunu söyləyirlər. Hətta bu yaxınlarda 4 yaşlı bir uşağın kanala düşərək boğulması hər kəsə məlumdur. Sakinlərin sözlərinə görə el arasında “Acıdərə” kimi tanınan kanalın qurudulacağını dair verilən vəddən artıq 4 il keçməsinə baxmayaraq heç bir nümayəndə əraziyə yaxın durmur. Kanaldan axan su isə günbəgün torpağı yuyub məcrasını genişlətməkdədir. Bu səbəbdən məcbur olub öz hesabımıza kanalın ətrafını çəpərləməklə yanaşı evimizə getmək üçün də kanal üzərindən körpü salmışıq. Lakin yağış yağan kimi kanal daşdığından heç körpü də dadımıza çatmır.Yağışla bərabər evlərimizə dolan kanalizasiya suları övladlarımızın xəstəlik tapmasına səbəb olur.Yollar da bərbad olduğundan nə təcili yardım çağıra bilirik nə zamanında xəstəxanaya gedə bilirik.Allah eləməsin ağır bir xəstəmiz olsa yolda keçinəcək. Bir sözlə dərdimizə əlac edən tapılmırki, tapılmır.

Məsələni aydınlatmaq üçün Xəzər Bağçılıq-Yoldaşlıq Cəmiyyətinin sədri Hüseyn Tanrıverdiilə görüşdük. O məsələdən agah olduğunu lakin problemin onlara aidiyyatı olmadığını bildirdi. Bizi istiqamətləndirərək Sumqayıt su kanal idarəsinə müraciət etməli olduğumuzu söylədi. Biz də aidiyyatı üzrə idarənin rəisi Ədalət qəbul etmək istəmədiyini bildirdi. İş saatı bitdiyi üçün iclas otağına qalxıb məsələ ilə bağl ıməlumat almaqi stəsək də, Ədalət Bağırov açıqlama verməkdən imtina etdi. Sumqayıt İcra Hakimiyyəti ilə də dəfələrlə əlaqə saxlasaq da, zənglərimiz cavabsız qaldı.İnanırıq ki, aidiyyatı qurumlar sujetimizi izlədikdən sonar sakinlərin problemləri ilə maraqlanacaq və tez bir zamanda bu problemlərin həllinə çalışacaqlar.

Babək Zeynal
Şahnaz Mehdizadə
Bölgə Xəbər.TV