Tərtərdə yeni məktəbin açılışı olub-VİDEO
17-09-2014, 13:40
Oxunub: 3 908
Rayon rəhbəri birincilərə öz hədiyyələrini təqdim edib
Cəbhə bölgəsində yerləşən Borsunlu kəndinin müəllim və şagird kollektivinin bu günlərdə sevincinin həddi-hüdudu yoxdur. Onlar “Bilik günü”nü əsaslı təmirdən yenicə çıxmış 150 şagird yerlik məktəb binasında qeyd etmişlər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra məktəbin açılış münasibəti ilə təşkil olunmuş tədbiri rayon təhsil şöbəsinin müdiri Aydın Qarayev açmış, Borsunlu kənd tam orta məktəbin direktoru Tuğay Axundov, kənd ağsaqqalı Qədir Hüeynov, məktəbin şagirdi İsmayıl Namazov öz ürək sözlərini bildirmişlər.
Açılışda iştirak edən rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəbhə bölgəsində yaşayan insanlara, məktəblilərin təhsilinə göstərdiyi diqqət və qayğıdan danışaraq, bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işləri xüsusi olaraq vurğuladı. Sonra respublika prezidentinə və onun xanımına tərtərlilərə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və millət vəkili Sahib Alıyev məktəbin açılışının zəmzi olan qırmızı lenti kəsdilər, onlarla birlikdə digər qonaqlar da məktəbin şəraiti ilə tanış oldular. Rayon rəhbəri birincilərə öz hədiyyələrini təqdim etdi.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər