Sumqayıtda tapança ilə tutulan şəxs: “Namaz qılan adamam” (VİDEO)
18-09-2014, 17:05
Oxunub: 3 640
Saxlanılan şəxs tapançanı bir ay öncə ziyarətə gedərkən yol kənarından tapdığını bildirib
Sumqayıt şəhər Baş Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları gecə saat 02.00 radələrində şəhər sakini Hümbətov Yusif İsrafil oğlunu şübhəli şəxs qismində yaxalayıblar. APA TV-nin məlumatına görə, onun üzərinə baxış keçirilərkən "Makarov" tipli odlu silah, 2 güllə və sandıqca aşkar olunub. Saxlanılan şəxs tapançanı bir ay öncə ziyarətə gedərkən yol kənarından tapdığını bildirib.
“Ziyarətə gedirdim, ayağıma paket dəydi. Atdım vedrənin içinə, gizlətdim, sonra getdim Rusiyaya. Ayın 30-da qayıtdım. Fermanın yanından keçəndə yadıma düşdü ki, silah gizlətmişəm . Götürdüm, istədim aparıb 2-ci bölməyə təhvil verim. Kafedə oturmuşdum, çay içirdim, gördüm polis əməkdaşları yaxınlaşdılar. Dedilər gedək bölməyə, üstündə nə var? Dedim, tapança var, vəssəlam”.
İdarədə təkrar-təkrar səmimi olduğunu deyən Yusif Hümbətov silahı həqiqətən tapdığını, ondan istifadə etmək niyyətində olmadığını bildirib. Müxbirimizin “belə çıxır ki, satmaq niyyətiniz olmayıb” sualı saxlanan şəxsin xoşuna gəlməyib.
“Nə danırsan, namaz qılan, Allaha ibadət edən adamam. Bu şey mənə lazımdı”.
Polisdən isə bildiriblər ki, Yusif Hümbətov əməliyyat məlumatı əsasında saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq silah , onun komplekt hisslərini döyüş sursatı , partlayıcı maddələr və qurğular əldə etmə satma daşıma saxlama gəzdirmə) və maddəsi ilə cinayət işi başlanıb.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər