Bakıda 47 yaşlı kişi küçənin ortasında can verdi - VİDEO
20-09-2014, 10:35
Oxunub: 4 314
Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən qəza baş verib
Hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb. Həsənov Ələmdar Lətif oğlu idarə etdi “50 CR 244” dövlət nömrə nişanlı "Mercedes" markalı avtomaşınla Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Lətifov Orduxan Murad oğlunu vurub. Piyada aldığı bədən xəsarətlərindən hadisə yerindəcə keçinib. Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, qəzaya yolun işıqlı olmaması və yüksək sürət səbəb olub.
Hadisə ilə bağlı apa-ya danışan Zabrat sakinlərinin sözlərinə görə, bu yolda tez-tez qəzalar baş verir. Səbəb isə yolun işıqlandırılmaması və lazımı yerlərdə piyada keçidi və işıqforlarının quraşdırılmamasıdır.
Bədbəxt hadisənin qurbanı olan 47 yaşlı Orduxan Lətifovun meyiti ətrafdakıların köməyi ilə maşına qoyularaq Sabunçu rayon morquna aparılıb. Hadisəni törətmiş "Mercedes"in sürücüsü Ələmdar Həsənov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində aradşırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər