Azərbaycanlı müğənni polis polkovnikini şoka saldı – VİDEO
23-09-2014, 14:25
Oxunub: 4 499
“270-lə sürürəm”.
Müğənni Mətanət Əsədova maraqlı etiraf edib.
“Gündəlik” verilişinin qonağı olan ifaçı yol hərəkət qaydalarını tez-tez pozduğunu deyib.
O, aparıcı Mətanət Əliverdiyevanın “Qaydaları pozursan? Maşını hansı sürətlə idarə edirsən” sualına belə cavab verib:
“Düzünü deyəcəm, bunu mənim haqqımda çox deyirlər. Mənə hətta “Kaskadyor” filminə çəkilmək də təklif edilib. 220 sürət mənim üçün heç nədir. Elə olur ki, sükan arxasında evdəkilər yığır, elə bir söz deyirlər ki, düşünmürlər ölə bilərəm. 260-270 sürətlə getdiyim vaxt da olur. Çox pis sürücüyəm. Yol sürücülük mədəniyyəti var. Hərdən özümü danlayıram ki, niyə bu qədər mədəniyyətsizsən? Cərimələrim çoxdur. Radara da tez-tez düşürəm. Bilirəm, həm özümə, həm də qarşı tərəfə təhlükə yaradıram”.
Verilişin digər qonağı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev M.Əsədovanın bu sözlərinə təəccübünü gizlədə bilməyib:
“Xanım hansı yolda 260 sürətlə sürüb? Bizdə sürücülər qayda pozmağı qəhrəmanlıq kimi qiymətləndirir. Onu yoxlamaq lazımdır, həqiqətən o sürətlə idarə edib, ya yox”.
oxu.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər