Qurban bayramınının gəlişini gözləyən süni qiymət artımı-VİDEO
25-09-2014, 17:10
Oxunub: 3 833
Qurban bayramı - İslam aləmində ən əziz və müqəddəs bayramlardan biridir
Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir. Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keci, öküz-inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inəyin 2, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savab və xeyir əməllərdən sayılır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. Qurban ətinin satılması haramdır. Hər il Qurban bayramına yaxın ət bazarlarında qiymətlərin artaması müşahidə olunur. Görəsən, sakinlər bu ildə bazarlarda süni qiymət artmasını müşahidə ediblərmi? Satıcılar isə sakinlərinin dediklərinin əksinə olaraq bildirdilər ki, “heç bir qiymət artımı olmayıb,hər il olduğu kimi eyni qiymətlərdir”. İnsаnlаrın mənən sаflаşmаsı və həmrəyliyə nail olması məqsədilə keçirilən bu bayramda kəsdiyiniz qurbаnlаrın, verdiyiniz ehsanların qəbul olunması diləyi ilə Qurban bayramınız mubarək!
Gülnarə Eynullaqızı
Ayət Şükürlü
Anar Həsənov
Bölgexeber.TV
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər