BolgeXeber.Com » BÖLGƏ TV » "Qardaşım oğlunu öz dayısı uşaqları döyüb öldürdü..." - (Video)

"Qardaşım oğlunu öz dayısı uşaqları döyüb öldürdü..." - (Video)

28-09-2014, 10:35
Oxunub: 3 426 Xaçmazda bibioğlu ilə dayıoğlunun mübahisəsi sonda faciəyə gətirib çıxarıb.

Hadisə sentyabrın 26-sı axşam saatlarında Xaçmazın Çinartala kəndi ərazisində şadlıq saraylarından birinin qarşısında qeydə alınıb.

Rayonun Qusarçay kənd sakini, 28 yaşlı Rüfət Xeyrullayevin dayısı oğlu, 32 yaşlı Saleh Hacıyevlə sərxoş halda dava etməsi Rüfətin həyatı bahasına başa gəlib. Yıxılaraq pilləkənə başı dəyən Rüfət 1-2 saat sonra evdə dünyasını dəyişib.

Mərhumun ailə üzvləri və qohumları isə onun qəsdən öldürüldüyünü iddia edir.

Rüfətin əmisi Vüqar Xeyrullayevin sözlərinə görə, onu döyüərək öldürüblər.

Ölənin həyat yoldaşı Ofeliya Xeyrullayeva da bu işin araşdırılmasını xahiş edir.

Mərhumun dayısı, yəni saxlanılan şəxsin atası Həmid Hacıyev isə bacıoğlusunun onun oğlu tərəfindən öldürülmədiyini və hadisənin qəsdən baş vermədiyini bildirdi.

Həmid Hacıyev deyir ki, Rüfət içkili olub və bədbəxt hadisə nəticəsində pilləkəndən yıxılaraq ölüb.

Xaçmaz rayon prokurorunun böyük köməkçisi Əlibaba Şahverənov hadisə ilə bağlı Yataqoba kənd sakini- mərhumun dayısı oğlu Saleh Hacıyevin şübhəli şəxs qismində saxlanıldığını dedi.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb. Hadisə ilə bağlı bütün qaranlıq məsələlərə isə istintaqdan sonra aydınlıq gətirəcək.