Bu ilin sonuna qədər hansı banklar bağlanacaq? - Video
7-10-2014, 10:05
Oxunub: 4 148
Həmin banklardakı əmanətlər və kreditlərin aqibəti necə olacaq?
Bu ilin sonunadək azərbaycanda 5 bankin lisenziyasinin ləğv ediləcəyi gözlənilir. Bu gözlənti ənənəvi suali yenidən gündəmə gətirir: Əmanətçilərin pullarinin aqibəti necə olacaq? Və ya bağlanacaq banklardan kredit götürənlər kreditlərini hara ödəyəcəklər?
Mərkəzi Bank ölkədə fəaliyyət göstərən kommersiya bankları qarşısında şərt qoyub. Onların məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır və qərar ilin sonuna qədər yerinə yetirilməlidir.
Hazırda ölkədə məcmu kapitalı 50 milyon manatdan az olan bankların sayı 11-dir. Həmin banklardan üçünün oktyabr ayı ərzində limitə çatacağı gözlənilir. Digər üç bankın dekabr ayına qədər bu həddə yaxınlaşması proqnozlaşdırır. Qalan 5 bankın isə məcmu kapitalını 50 milyon manata çatdırması gözlənilmir. Deməli, həmin bankların lisenziyası yanvarın 1-i ləğv ediləcək.
Bankların birləşəcəyi təqdirdə həmin banklarda əmanət yerləşdirmiş şəxslərin pulu yeni birləşmiş bankda saxlanılacaq. Bu zaman əmanətçi ilə bağlanmış müqavilə əvvəlki qüvvəsində qalacaq. Vətəndaş ya pulunu geri götürə, ya da yeni birləşmiş bankda saxlaya bilər.
Bankların birləşdirilməsi xəbəri həmin banklardan kredit götürmüş vətəndaşlar arasında da çaşqınlıq yaradıb. Bəziləri bankın bağlanacağını zənn edir və krediti ödəməkdən imtina edir. Digərləri isə ödədiyi vəsaitin it-bat olacağından narahatdır.
Məcmu kapitalı yerinə yetirməyən bank digər banklarla birləşməyib kredit təşkilatına da çevrilə bilər. Bu halda həmin bank əmanət saxlamaq hüququnu itirəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər