BolgeXeber.Com » BÖLGƏ TV » Ağdamdan köçkün düşmüş ailənin problemi həllini tapacaqmı?-VİDEO

Ağdamdan köçkün düşmüş ailənin problemi həllini tapacaqmı?-VİDEO

9-10-2014, 18:55
Oxunub: 3 086 Məmmədovlar ailəsinin müraciət etmədikləri dövlət qurumu qalmayıb

Son zamanlar inkişaf edən və dəyişikliyi ilə seçilən ölkəmizdə bəzi problemlər heç də əksilmək bilmir. Söhbət imkansız, kimsəsiz, üstəlik də evsiz-eşiksiz ailələrin çoxluğundan gedir.Ələlxüsus da, elələri də var ki, maddi problemini kənara qoyub, mənəvi sıxıntılarının həllini tapa bilmir. Bolgexeber.TV bildirir ki,söz açacağımız ailə də sadaladığımız problemlərdən əziyyət çəkməklə yanaşı üstəlik əllərində olanlarını da itiriblər. Belə ki, avqust ayının 16-sı evləri yanaraq kül olan, özləri isə ya küçələrdə, ya da ətrafdakı qonşulara sığınacaq gətirən Məmmədovlar ailəsinin müraciət etmədikləri dövlət qurumu qalmayıb. Evsiz-eşiksiz qalaraq ailəsini başına toplayan, Muğam Məmmədov dəfələrlə Ağdam rayon İcra Hakimiyyətinə, Binəqədi rayon İcra Hakimiyyətinə, həmçinin də Qaçqınlar və Köçkünlər üzrə Dövlət Komitəsinə müraciətlər etməsinə baxmayaraq onların verdiyi yalan vədlər hələ də öz həllini tapmayıb. O isə hələ də inanaraq onlardan ümid yolu gözləyir.
Qonşularda Məmmədovlar ailəsinin küçələrdə qaldığını və heç bir dövlət qurumunun yardım etmədiyini təsdiq etdilər. Onlar bildirdilər ki, heç kim yardım etmədiyi üçün ailəyə yazığımız gəlib evimizdə sığınacaq yer vermişik…
Məsələylə bağlı Ağdam rayon icra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının müavini Arzu Rəhimovanın sözlərinə görə ev İcra hakimiyyəti tərəfindən tam təmir olunub və ailəyə pul yardımı da edilib. …

Hər halda mənzərə heç də deyildiyi kimi deyil. Bizdən gostərməkdi,aidiyyatı qurumlar da öz uzərlərinə düşən vəzifəni və verdikləri vədləri tutsalar daha yaxsı olar...Ən azından küçələrə və qonşulara sığınacaq gətirən çarəsiz durumda qalan bir ailəni sevindirmiş olarlar…

Gülnarə Eynullaqızı
Ayət Şükürlü
Anar Həsənov
Bolgexeber.TV