DYP toy karvanlarındakı qəzalarla bağlı videoçarx hazırladı-VİDEO
14-10-2014, 11:20
Oxunub: 4 195
Baş Dövlət Yol Polisi İdarəsi toy karvanlarında necə hərəkət etməyi öyrədən animasiya hazırlayıb
Animasiyada toy karvanlarında hərəkət qaydaları izah olunur. Burada həm də Azərbaycandakı toy karvanlarında xarakterik qayda pozuntuları da əksini tapır və bunun təhlükəli tərəfləri izah olunur. Məsələn, svetoforun qırmızı işığında hərəkət, yolun hərəkət hissəsini nizamsız şəkildə zəbt etməklə və qarşı yola çıxmaqla digər avtomobillərə təhlükə yaratmaq kimi təhlükəli əməllər toy karvanlarında tez-tez rast gəlinən hallardır. Son vaxtlar toy karvanlarında baş vermiş qəzalarda bu amillərin də rolu az deyil.
Odur ki, DYP bu filmdə həmin qayda pozuntularının hansı nəticələrə gətirib çıxara biləcəyini izah edir və sürücüləri bundan çəkinməyə çağırır. Bu filmdə DYP sürücülərin və toy sahiblərinin nəzərinə çatdırır ki, yollardakı sıxlığı və toy mərasimi yerinə qədər olan məsafəni nəzərə alaraq toy karvanında maşınların sayını 6-dan çox etməsinlər. Eyni zamanda, toy karvanında olan avtomobillər mütəşəkkil şəkildə hərəkət edərkən yan-yana, dağınıq formada yox, yolun sağ hərəkət zolağı ilə bir cərgədə hərəkət etməlidir.
Qeyd edək ki, sentyabrın 29-da Göyçayda toy karvanında baş vermiş ağır qəzada 9 nəfər ölüb, 2 yaralı var (avtosfer.az).
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər