Xəzər rayon sakininə sosial yardım veriləcəkmi?-VİDEO
15-10-2014, 17:30
Oxunub: 3 796
Məktəbin uzaq olması isə uşaqları təhsil almaqdan məhrum edib
Günü- gündən çiçəklənən, inkişaf edən və sosial-iqtisadi durumu yaxşılaşan ölkəmizdə nədənsə əhalinin əksəriyyəti sosial vəziyyətidən gileylənir. Bolgexeber.TV bildirir ki,ölkəmizdə sosial yardıma ehtiyacı olan ailələr kifayət qədərdir. Ancaq çox vaxt sosial yardımı ehtiyaci olanlara deyil, olmayanlara verirlər. Maddi imkanları zəif olan, ehtiyac içində yaşayan ailələr isə sosial yardım almağa çətinlik çəkir. Məgər, Azərbaycanda sosial yardım almaq bu qədərmi çətindir? Söhbət hazırda acınacaqlı və problem içində yaşayan bir ailədən gedir. Ailənin üzvü Mehriban Quliyeva deyir ki,sosial durumumuz çox pisdir, iş-güc yox, maddi vəziyyətdən isə heç söhbət açmağa dəyməz. Ona görə də,sizin vasitənizlə aidiyyatı qurumlardan yardım istəyirik”...
Onun sözlərinə görə, həyat yoldaşı və özü işsizdir, himayəliklərində isə 4 azyaşlı körpə var. Məktəbin uzaq olması isə uşaqları təhsil almaqdan məhrum edib.
Məsələ ilə bağlı Bakı şəhəri Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu ilə əlaqə saxladıq. Məsləhətçi Pərviz İbrahimli bildirdi ki,şikayətçi bizə müraciət etsin,biz də məsələ ilə bağlı lazımı tədbirlər görəcəyik.
Qeyd edək ki, hazırda bu qadın kimi və onun timsalinda belə problemlə üzləşən insanlar heç də az deyil. Bu cür insanların çoxluğunu nəzərə alaraq problemlərin aidiyyatı qurumlar tərəfindən tez bir zamanda öz həllini taparaq aradan qaldırılmasına ümid edirik!
Sahnaz Mehdizadə
Anar Həsənov
Bolgexeber.TV
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər